Yeni yerüstü piyada keçidinin inşası yekunlaşdı - VİDEO/FOTO

15:51 - 7 May 2024

Yeni yerüstü piyada keçidinin inşası yekunlaşdı - VİDEO/FOTO

Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.

 

Manset.az xəbər verir ki, agentlik tərəfindən bu çərçivədə avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yerüstü piyada keçidlərinin inşası davam etdirilir.

Bu istiqamətdə M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72.5-ci km-də piyada keçidinin tikintisi artıq yekunlaşıb.   

Layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir. 

Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid  metal konstruksiyalıdır. 

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub. 

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.

 



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin