Türkiyədə futbol matçının linkinə daxil olan şəxs aldadıldı

17:35 - 7 May 2024

Türkiyədə futbol matçının linkinə daxil olan şəxs aldadıldı

Türkiyədə futbol matçına pulsuz baxmaq üçün cib telefonuna göndərilən linkə daxil olan inşaat ustası Yalçın Güvənin bank hesabından 250 min lirə kredit çəkilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Vəziyyətdən şübhələnməyən Güvən səhər yuxudan duranda mobil telefonunun kilidli olduğunu görüb.

SİM kartını başqa telefona taxan Güven bankdan mobil telefonuna göndərilən SMS vasitəsilə 250 min lirəlik kreditin çıxarıldığını və bu pulun 138 min lirəsinin isə tanımadığı şəxslərə köçürüldüyünü öyrənib.

Güvən əvvəlcə işlədiyi bank filialına gedərək hesabını dondurub, daha sonra polisə müraciət edərək şikayət edib.

Şübhəlilərin tutulması üçün araşdırmalara başlanılıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin