Porno ulduz məhkəmədə Donald Trampa qarşı şahidlik edəcək

18:09 - 7 May 2024

Porno ulduz məhkəmədə Donald Trampa qarşı şahidlik edəcək

Keçmiş porno aktrisa Stormi Daniels ABŞ prezidentliyinə namizəd Donald Trampın sənədlərin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə məhkəmə prosesində ifadə verəcək. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Daniels ittiham tərəfinin əsas şahidlərindən biridir.

"Danielsi şahid qismində çağırmaq qərarı andlı iclasçılara Trampın cinayət mühakiməsinin mərkəzində olan qadını birbaşa dinləməyə imkan verir", deyə məlumatda bildirilir.

Tramp maliyyə sənədlərinin saxtalaşdırılmasında ittiham olunur. Müstəntiqlərin fikrincə, ABŞ-ın keçmiş prezidentinin vəkili Maykl Koen 2000-ci illərdə Trampla intim münasibəti barədə mətbuata danışmaqdan imtina etmək üçün keçmiş porno aktrisa Stormi Danielsə pul verib.

İstintaq zamanı müstəntiqlər belə qənaətə gəliblər ki, Koen Danielsə öz cibindən ödəyib, lakin daha sonra mövcud olmayan hüquqi haqları ödəmək adı ilə pulu Trump "Organization"dan geri alıb. 

Jalə

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin