UEFA Çempionlar Liqası: Finala son vəsiqənin taleyi bəlli olur

09:27 - 8 May 2024

UEFA Çempionlar Liqası: Finala son vəsiqənin taleyi bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında sonuncu yarımfinal görüşü keçiriləcək.

 

Manset.az xəbər verir ki, ilk oyunda 2-2 hesablı heç-heçəyə razılaşan “Real Madrid” və “Bavariya” bu gecə meydana qələbə əzmində çıxacaqlar. Rəqiblərin heyətində itkilər var. Meydan sahiblərindən David Alaba Karlo Ançelottinin ixtiyarında olmayacaq. Qonaqlarda isə Saşa Boey, Buçmann, Koman, Querrero, Maruşiç və Bono Sarr zədə üzündən bugünkü görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı polşalı hakimlər briqadasından Saymon Marçinyak idarə edəcək.

08 May

“Real Madrid” – “Bavariya”

İlk görüş – 2:2

Saat - 23:00

Stadion – “Santiaqo Bernabeu”

Baş hakim – Saymon Marçinyak


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin