Məşhur reperin malikanəsinə silahlı hücum - Mühafizəçi güllələndi

10:31 - 8 May 2024

Məşhur reperin malikanəsinə silahlı hücum - Mühafizəçi güllələndi

Dünya şöhrətli reper Dreykin Kanadanın Toronto şəhərində malikanəsinə silahlı hücum olub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, çoxlu şübhəlinin iştirak etdiyi hadisədə Dreykin evinin qarşısında gözləyən mühafizəçi güllələnib.

Həmin vaxt reperin evdə olub-olmadığına dair məlumat verilməyib.

Qeyd edək ki, Drake bütün zamanların ən çox satılan sənətçilərindən biri kimi tanınır. Beş Grammy mükafatının qalibi və "Nice For What" kimi hitləri ilə tanınan Drake, keçən il Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən 200 milyon nüsxədən çox satan ilk sənətçi kimi mükafatlandırılıb.

Drake və Kendrick Lamar arasındakı lirik savaş son vaxtlar gündəmdədir; hər iki sənətçi bir-birləri haqqında mahnılar buraxdılar və pərəstişkarları arasında onlayn mübahisələr baş verib. Lamar hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin