Braziliyada ölənlərin sayı 90-a yüksəldi - FOTO

12:39 - 8 May 2024

Braziliyada ölənlərin sayı 90-a yüksəldi - FOTO

Braziliyada həyatı iflic edən seldə həyatını itirənlərin sayı 90-a yüksəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, itkin düşən 131 nəfərin axtarışları davam edir.

Bildirilib ki, ştatın paytaxtı Porto Aleqri də daxil olmaqla 388 fərqli nöqtəni əhatə edən daşqın nəticəsində 1,4 milyondan çox insan zərər çəkib, 155 min insanın isə evsiz qalıb.

Milli şəbəkə operatoru ONS bildirib ki, güclü yağışlar səbəbindən 5 su elektrik stansiyası və elektrik ötürücü xətlər bağlanıb.

Ştat daxilində xilasetmə işləri davam edərkən, onlarla insanın qayıq və ya vertolyotla evlərindən təxliyyə olunmaq üçün gözlədiyi də öyrənilib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bəyan edib ki, sular çəkilənə qədər dəymiş ziyanın həcmi məlum olmayacaq.

Prezident Lula indiyə qədər ən pis iqlim fəlakəti hesab edilən hazırkı daşqınlar üçün ştata federal yardım vəd edib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin