Gəncədəki davaya görə 3 nəfər saxlanıldı

16:18 - 9 May 2024

Gəncədəki davaya görə 3 nəfər saxlanıldı

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar başlanıb. 

 

Manset.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun “Qafqazinfo”ya verdiyi məlumata görə, əməli törətməkdə şübhəli bilinənlər — şəhər sakinləri B. Əhmədov, S. Qasımov və R. Əhmədov saxlanılıb. 

Şübhəli şəxslər barəsində araşdırmalar davam etdirilir.

Araşdırmaların nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, hadisə nəticəsində “Qəbələ”nin iki futbolçusu ciddi xəsarət almışdı. 



Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin