Lalənin qızının yeni görüntüləri yayıldı - FOTO

07:45 - 10 May 2024

Lalənin qızının yeni görüntüləri yayıldı - FOTO

Aparıcı Lalə Azərtaş qızı ilə bağlı paylaşım edib.

 

Manset.az olay-a istinadən xəbər verir ki, Lalə övladının fotosunu paylaşaraq bunları yazıb:

"Həyatın mənası desələr, onu göstərərəm... Arzun desələr, işarət barmağım yenə ona yönələr... İlkim yenə o özüdür ki, var... Sevgim bütövü odur... Şükür səbəbimin ən böyüyü odur... Ana kimi müqəddəs adı onun sayəsində qazandım. Üzümün gülüşü ondan qaynaqlanar. Həyatın al-əlavən rəngi onda cəmləşib. Əvvəlim və sonum heç şübhəsiz odur. Ruzi -bərəkətim onunla çoxalıb. Hər şeyin ən yaxşısı ona yönəlib. Mütləq olacaq yaradanın izniylə bunu da o edəcək... Bir sözlə hamı, hər şey o... O 18 yaşına qədəm basır. Sağlıqlı, hüzurlu, sevgi dolu davam et. Sənlə bağlı xəyallarımı realıqda yaşa! Xoşbəxt ol! Allah balamın simasında bütün balaları xoşbəxt etsin".



Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin