Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

08:02 - 10 May 2024

Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Şəkərli diabet xəstələri üçün satışda olan qidalar bahalaşıb.

 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qanda şəkərin miqdarının artmaması üçün qidalar almaq istəyən şəxslərin gördüyü yüksək qiymət onların şəkərini kəllə-çarxa çıxardır.

Məsələn, qlütensiz və şəkərsiz 300 qramlıq qurabiyə 11 manatdır. Şəkər əvəzləyici dadlandırıcıların qiyməti isə beş-altı manat aralığındadır. Diabetik çörək almaq istəyənlər isə bunun üçün iki, üç, beş, hətta səkkiz manat ödəməlidirlər. 

Qida eksperti Məhsəti Hüseynova bildirib ki, həmin qidaların istehsal texnologiyası digərlərindən fərqli deyil.

Ekspert onu da vurğulayıb ki, belə məhsullar alarkən istehsal tarixi və istifadə müddətinə xüsusi diqqət yetirilməlidir.

Ətraflı süjetdə:


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin