Türkiyə İraqın şimalında 17 terrorçunu zərərsizləşdirdi

16:31 - 10 May 2024

Türkiyə İraqın şimalında 17 terrorçunu zərərsizləşdirdi

Türkiyə Milli Müdafiə Nazirliyi daha 17 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, son bir həftə ərzində aralarında rəhbər şəxslərində olduğu eyd edilən ümumilikdə 125 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, “Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir! Qəhrəman Türk Silahlı Qüvvələrimiz; O, İraqın şimalındakı Hakurk, Qara və Pəncəli Hərəkat bölgələrində müəyyən etdiyi 10 PKK terrorçusunu, Suriyanın şimalında isə Zeytun Budağı və Barış bulağı bölgələrində müəyyən etdiyi 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib” ifadələrindən istifadə edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin