İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək

17:36 - 10 May 2024

İş yerlərində seksual-qısnamaya qarşı qanunvericilik təkmilləşdiriləcək

Əmək münasibətlərində seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə qanunvericilik təkmilləşdiriləcək.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il sentyabrın 1-dək əmək münasibətlərində ayrı-seçkiliyin və seksual-qısnamanın yolverilməzliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin