Almaniyada deputat Rusiyaya görə Hamburq parlamentdən qolvuldu

18:42 - 10 May 2024

Almaniyada deputat Rusiyaya görə Hamburq parlamentdən qolvuldu

Rusiya Federasiyasında səsverməni "açıq və azad" adlandırdığına görə rusiyalı qadın Olqa Petersen Hamburq parlamentindən xaric edilib.


Manset.az xəbər verir ki, bu barədə "Bild" yazıb.

Olqa Petersen 1982-ci ildə Omskda anadan olub. 2020-ci ildə o, Almaniya vətəndaşlığını alıb və tezliklə Almaniya üçün ifrat sağçı Alternativ Partiyasından Hamburq parlamentinin üzvü olub. Bu vəzifədə o, Rusiyaya iki dəfə səfər edib: 2021-ci ilin sentyabrında və 2024-cü ilin martında.

Mart ayında o, Rusiya Federasiyasında keçirilən səsvermədə müşahidəçi olub və ictimaiyyətə onu "açıq, demokratik və azad" adlandırıb. Olqa bu səfərləri və mövqeyi ilə bağlı partiya üzvlərinə heç bir məlumat verməyib. Bu həftə o, Hamburq parlamentindəki AfD fraksiyasından xaric edilib. İndi ifrat sağçılar onu da partiyadan çıxarmaq istəyir.

Jalə

Manşet.az


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin