Qubada gənc yazarın ölümü ilə bağlı yayılanlar YALANDIR

22:43 - 10 May 2024

Qubada gənc yazarın ölümü ilə bağlı yayılanlar YALANDIR

Qubada gənc yazar Murad Muradovun rayon mərkəzi xəstəxanasında insultdan vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

 

Manset.az  Bizim.Media-ya istinadən xəbər verir ki, yaxınları onun ölmədiyini bildiriblər.

Qeyd edilib ki, gənc yazar süni nəfəs aparatına qoşulub.

Bildirilib ki, insult keçirən Murad Muradov bir neçə gündür komadadır.

Hekayələr yazan gənc yazar Qubada toy şənliklərində tamada və bloger kimi fəaliyyət göstərirdi. O əvvəllər Qubanın yerli telekanallarının birində aparıcı işləyib.
 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin