Lənkəranda əsas təkandan sonra xırda afterşoklar oldu - RƏSMİ

19:31 - 11 May 2024

Lənkəranda əsas təkandan sonra xırda afterşoklar oldu - RƏSMİ

Adətən güclü və hiss olunan təkanlardan sonra afterşoklar qeydə alınır. Lənkəranda bu gün qeydə alınan əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda Mərkəzin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən monitorinq davam etdirilir: "Zəlzələ baş verən və hiss olunan ərazilərimizdəki vətəndaşlarımızdan təmkinli olmağı və rəsmi məlumatlara istinad etmələrini xahiş edirik".


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin