Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO

22:13 - 11 May 2024

Təmirli binadan qopan beton parçaları yola düşdü - VİDEO

Bakının Nərimanov rayonunda binadan beton qoparaq yola tökülüb.

 

Manset.az  xəbər verir ki, bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə, metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında, Nərimanov parkı ilə üz-üzə olan yolda yerləşən yeni tikili binada qeydə alınıb. Beton qəlpələrinin düşdüyü ərazi isə gün boyu çox işlək yoldur.

Şikayətçinin sözlərinə görə, yeni tikilib istifadəyə verilmiş binadan qopan ağır beton parçaları yola düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da, baş verən hadisə piyadaları qorxuya salıb. Dərhal beton hissəciklər təmizlənərək götürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin