AFFA-da vacib qərarlar günü

09:35 - 13 May 2024

AFFA-da vacib qərarlar günü

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

 

Manset.az xəbər verir ki, qurumun inzibati binasında təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Toplantının gündəliyinə 4 məsələ daxil edilib.

Bunlar AFFA-nın inkişafı strategiyasının (inkişaf hədəflərinin müəyyən olunması, strategiyanın yazılması), Azərbaycan Premyer Liqasında komanda sayının artırılmasının, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limitinin və 2024-cü il üçün AFFA büdcəsinin müzakirəsidir.

İclasda milli komandaya baş məşqçinin təyinatı gözlənilmir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin