Belqorodun atəşə tutulması zamanı ölənlərin sayı açıqlandı

10:06 - 13 May 2024

Belqorodun atəşə tutulması zamanı ölənlərin sayı açıqlandı

Mayın 12-də Belqorodda Ukrayna Silahlı Qüvvələrinin (AFU) şəhəri atəşə tutması nəticəsində 19 nəfər həlak olub.

 

Manset.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, Şçorsa küçəsində yaşayış binasının dağıntılarının təmizlənməsinin əsas hissəsi başa çatıb. Hazırda dağıntılar altından 15 nəfər xilas edilib.

“Dünən axşam açılan atəş zamanı isə daha üç mülki şəxs həlak olub. Mayın 11-də xəsarət alan daha bir qadın xəstəxanada dünyasını dəyişib", - deyə, qubernator bildirib.

O, daha 27 nəfərin yaralandığını əlavə edib. Onlardan 10 nəfərinə ambulator yardım göstərilərək evə göndərilib, daha 6 nəfər federal klinikalara aparılmağa hazırlanır. Onların arasında anası ilə birlikdə 1,5 aylıq uşaq da var. 11 nəfər Belqorod xəstəxanalarında qalır.

Belqorodda yaşayış binasının girişi Ukrayna mərmisinin düşməsi nəticəsində 1-ci mərtəbədən 10-cu mərtəbəyə qədər uçub. Girişdə 40 mənzil var idi.

Dağıntılar təmizlənərkən uçan girişin damı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının üzərinə düşüb. Üç xilasedici yaralanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin