Daha bir qanunsuz tikili söküldü - VİDEO

12:43 - 13 May 2024

Daha bir qanunsuz tikili söküldü - VİDEO

Göygöl rayonunun Qızılqaya kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

FHN-dən Manset.az-a bildirilib ki, qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Göygöl Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Agentlik tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin