Müğənni heyranını iflic etdi

12:48 - 13 May 2024

Müğənni heyranını iflic etdi

ABŞ-da konsert verən avstraliyalı “Trophy Eyes” rok qrupunun solisti Con Floreani çıxış edərkən səhnənin qarşısındakı kütlənin üstünə atılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tamaşaçıların tuta bilmədiyi müğənni pərəstişkarı Bird Piçenin üzərinə yıxılaraq onu iflic edib.

Hadisədən sonra konsert dayandırılıb. Müğənni yaralı pərəstişkarını təcili yardımla xəstəxanaya müşayiət edib.

Qəza zamanı qismən iflic olan Piçenin onurğa iliyindən zədələndiyi açıqlanıb. Piçe əməliyyata alınıb.

Onun əvvəlki sağlamlığını bərpa edib-etməyəcəyi hələlik bəlli deyil.

Onun müalicəsi üçün ianə kampaniyasına start verilib. 53 min dollar toplanıb.

Qrup turu davam etdirmək qərarına gəlib və Piçe üçün 5 min dollar bağışlayıb.

Piçenin məhkəməyə müraciət edib-etməyəcəyi məlum deyil.

Bildirilib ki, normalda izdihamlı konsertlərdə tamaşaçılar müğənnini qolları arasında gəzdirir və mahnısını bu şəkildə oxuması gözlənilir. Hadisədən sonra konsertin keçirildiyi məkan izdiham üzərinə atlamağı qadağan edib və bu barədə çıxış edən musiqiçilərə yazılı məlumat verib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin