Qəzzada həyatını itirənlərin sayı 35 mini keçdi

15:42 - 13 May 2024

Qəzzada həyatını itirənlərin sayı 35 mini keçdi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 35 min 34 nəfər həyatını itirib, 78 min 755 nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Verilən açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində həyata keçirdiyi 8 hücumda 63 fələstinlinin öldüyü, 114 fələstinlinin isə yaralandığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin