Zelenski onu vəzifəsindən azad etdi

21:34 - 13 May 2024

Zelenski onu vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Andrey Alekseenkonu Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsindən azad edib.

 

Manset.az xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

Digər sərəncamla bu vəzifəyə Oleq Luqovski təyin edilib.

A.Alekseenko 2017-ci il noyabrın 27-də Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavini vəzifəsinə təyin edilib.

Onun işdən çıxarılmasının səbəbi açıqlanmayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin