Balakəndə qanunsuz tikili söküldü - VİDEO

14:40 - 14 May 2024

Balakəndə qanunsuz tikili söküldü - VİDEO

Balakən rayonunun Hənifə kəndi ərazisində vətəndaş tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin