Qəzzada ölənlərin sayı 35 min 173-ə çatdı

16:24 - 14 May 2024

Qəzzada ölənlərin sayı 35 min 173-ə çatdı

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 35 min 173 nəfər həyatını itirib, 79 min 61 nəfər isə yaralanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində 8 hücum təşkil etdiyi, 82 nəfərin həyatını itirdiyi, 234 nəfərin yaralandığı bildirilib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin