Vəliəhd Şahzadə üçün yeni rütbə

16:42 - 14 May 2024

Vəliəhd Şahzadə üçün yeni rütbə

Kral Çarlz kiçik oğlu Şahzadə Harrinin köhnə alayının komandanlığını böyük oğlu Şahzadə Uilyama təhvil verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Harrinin böyük qardaşı Şahzadə Uilyam rəsmi olaraq Ordu Hava Korpusunun qərargah polkovniki vəzifəsini icra etməyə başlayıb.

Kral təhvil-təslim mərasimində Harrinin adını çəkməyib. Ancaq vəliəhd Uilyamın yaxşı pilot olduğunu vurğulayıb. Harri 2020-ci ildə İngiltərəni tərk edib ABŞ-da məskunlaşanda onun ordu titulları əlindən alınıb.

İngiltərə kralı Çarlz (75) xərçəng müalicəsi ilə bağlı şəxsi məlumat verib. Çarlz Ordu Aviasiya Muzeyini ziyarət edib və bir veteranla söhbət edib. Xərçəng xəstəliyindən xilas olan veteran kimyaterapiya aldığını və bu prosesdə dad hissini itirdiyini izah edib. Çarlz eyni vəziyyəti yaşadığını söyləyib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin