Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq edildi

17:03 - 14 May 2024

Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq edildi

Ondan kömək istəyən ahıl vətəndaşı talayan şəxs saxlanılıb.

 

Manset.az xəbər verir ki, Lənkəran rayon sakini olan ahıl yaşlı kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb. O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Buna görə yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin