UEFA-dan YENİ QƏRAR: Hakimə yaxınlaşan futbolçular cəzalanacaq

00:00 - 15 May 2024

UEFA-dan YENİ QƏRAR: Hakimə yaxınlaşan futbolçular cəzalanacaq

İyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsində yeni qaydalar tətbiq olunacaq.

 

Manset.az lent.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Hakimlər Komissiyasının rəhbəri Roberto Rosetti açıqlama yayıb.

Tətbiq olunacaq qaydalara əsasən, maçt zamanı yalnız komadanın kapitanı hakimlə ünsiyyət qura bilər. Əks halda, yəni, oyunun referisinə başqa futbolçu yaxınlaşsa, cəzalandırılacaq. 

Qurum rəsmisi bildirib ki, bu Nyonda keçirilən UEFA Futbol Şurasının iclasında müzakirə edilən mövzulardan başlıcası olub: "Bu qaydanın tətbiqedilmə səbəbi təhlükəsizlikdir. Hər hansı bir qərarda oyunçuların hakimin üstünə gəlməsi futbolun imicinə zərərlidir.

Futbolçuların hakimə hörmət etməsi, məsafə saxlaması kapitanın məsuliyyəti olacaq. Kapitanının roluna məhəl qoymayan, hakimə hörmətsizlik və ya fikir ayrılığı əlaməti göstərən hər bir oyunçuya xəbərdarlıq ediləcək. Əgər kapitan qapıçıdırsa, meydançanın əks tərəfində insident baş verərsə, bu rolu yerinə yetirə biləcək kənar oyunçu təyin etmək lazım gələcək.

Hakimlər bütün tərəflər arasında sağlam atmosfer yaratmaq üçün kapitanlarla müzakirələrdə açıq olmağa təşviq ediləcəklər. Bu, onlara oyunçularla inam yaratmağa və müasir hakimlərdən tələb olunan liderlik tipini nümayiş etdirməyə imkan verəcək. UEFA-nın hakim-mütəxəssislər komandası və mümkün olduqda turnirin hakimi 24 komandanın hər biri ilə görüşərək, bunu daha ətraflı müzakirə edəcək və bu məlumatı oyunçularla bölüşəcək. Hakimlərlə komanda kapitanları arasında konstruktiv dialoqa şərait yarada bilsək, hamı bundan faydalanacaq". 


Xəbər xətti

29 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin