"Kardeşlerim"in aktyoru ilə bacısı arasında qalmaqal - Foto

09:48 - 15 May 2024

Türkiyəli aktyor Onur Seyit Yaranın bacısı Leylülün onunla bağlı səsləndirdiyi iddialar gündəm olub.

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, bacısı Onurun ona, həyat yoldaşına, anasına psixoloji şiddət göstəridiyini bildirib:

"Mənim və ya həyat yoldaşımın başına bir iş gələrsə, bunun səbəbkarı Onurdur. Guya o peyğəmbərdir".

Məsələ ilə bağlı aktyorun bacısı yenidən paylaşım edərək qardaşı ilə arasındakı problemlər səbəbindən belə ifadələr səsləndirdiyini vurğulayıb:

"Qardaşımla aramda olan mübahisəni böyüdüb sosial mediaya daşıdığım və yanlış anlaşımağa şərait yaratdığım üçün hər kəsdən üzr istəyirəm".

Onur isə bacısının psixoliji problemlərinin olduğunu açıqlayıb:

"Bacım psixoloji depressiya səbəbindən müalicə alır. Bu səbəbdən məhkəməyə müraciət etməyəcəyəm". 

Qeyd edək ki, Onur son olaraq "Kardeşlerim", "Yan oda" seriallarında rol alıb. 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin