İranın İraqdakı keçmiş səfirinə Sepahda vəzifə verildi

09:57 - 15 May 2024

İranın İraqdakı keçmiş səfirinə Sepahda vəzifə verildi

İranın İraqdakı keçmiş səfiri İrəc Məcidi İnqilab Keşikçiləri Korpusu (Sepah) koordinatorunun müavini təyin edilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, məlumatı Sepahın “Teleqram” kanalı yayıb.

Bildirilib ki, İrəc Məcidi Sepahın Qüds qolunda əlaqələndirici müavin vəzifəsini icra edəcək.

Məlumata görə, o, İsrailin altı həftə əvvəl İranın Dəməşqdəki konsulluğuna zərbə endirməsi nəticəsində ölmüş Hadi Hacı-Rəhimini əvəzləyəcək.

Mütəxəssislərin fikrincə, İranın bir çox ölkələrdə fəaliyyətdə olan səfirləri həm də İnqilab Keşikçiləri Korpusunun zabitidir. Bu baxımdan, İrəc Məcidinin də əvvəllər Sepahda xidmət etdiyi istisna olunmur. Onun İsraillə qarşıdurmada İraq, Suriya, Livan, Bəhreyn və Yəməndəki proksi qüvvələrin fəaliyyətini koordinasiya edəcəyi gözlənilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin