Biləsuvarda qəza - Ölən var - Video

10:35 - 15 May 2024

Biləsuvarda qəza - Ölən var - Video

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ağayrı kəndindən keçən hissəsində baş verib. 

Belə ki, yük avtomobili Yol İstismar İdarəsinə məxsus “Ford” markalı mikroavtobusla toqquşub. Daha sonra isə yol təmiri işləri ilə məşğul olan işçini vuraraq öldürüb. İnsident nəticəsində xəsarət alanlar da var. 

Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin