Qvardiolanın bu hərəkəti gündəm oldu - Video

13:19 - 15 May 2024

Qvardiolanın bu hərəkəti gündəm oldu - Video

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ötən gün “Totenham”la (2:0) keçirilən oyunda etdiyi hərəkətlərlə gündəmə gəlib. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çalışdırıcı emosional hərəkətləri ilə diqqət çəkib.  

Belə ki, matçın 86-cı dəqiqəsində rəqib komandanın futbolçusu Son Hin Min topu şəhərlilərin oyunçusu Akanjidən alaraq hücuma keçib.

Qvardiola topun qapıya keçəcəyindən həyəcanlanaraq emosiyalarını saxlaya bilməyib və yerə uzanıb. Çalışdırıcı topun qapıya keçmədiyini gördüyü zaman ayağa qalxıb.

Həmin görüntüləri təqdim edirik: 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin