"Krasnodar" Kadidən sonra "Qarabağ"ın daha bir ulduzunu alır

14:56 - 15 May 2024

18 qolla Premyer Liqanın bombardirlər siyahısına başçılıq edən Juninyoya daha bir müştəri çıxıb.

 

Manset.az Sporinfo.az-a istinadən bildirir ki, Türkiyədən "Beşiktaş"ın, Səudiyyə Ərəbistanından bir neçə klubun maraq göstərdiyi braziliyalı hücumçuya indi də "Krasnodar" elçi düşüb.

Ötən ili Kadi Borgesi 5 milyon avroya "Qarabağ"dan transfer edən Rusiya təmsilçisi indi də braziliyalı forvardın "ləpirində gəzir". İki ilə yaxın müddətdə Azərbaycanda «Sabah»ı çalışdırmış Murad Musayevin indi rəhbərlik etdiyi "Krasnodar" cənubi amerikalı legionerin menecerləri ilə təmasa keçib.

Tərəflar mümkün əməliyyatın bəzi detalları ətrafında danışıqlar aparıb. Güman ki, növbəti mərhələdə «Qarabağ»a rəsmi təklif göndəriləcək.


Xəbər xətti

29 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin