Güllələnən Baş nazirin vəziyyəti açıqlandı - YENİLƏNDİ (VİDEO)

23:14 - 15 May 2024

Güllələnən Baş nazirin vəziyyəti açıqlandı - YENİLƏNDİ (VİDEO)

Slovakiyanın Baş naziri Robert Fitsonun son vəziyyəti açıqlanıb.

 

Manset.az  xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robert Kalinyak mətbuat konfransında bildirib.

“Onun vəziyyəti son dərəcə ağırdır. Dua edirik. Hələlik yaxşı xəbərimiz yoxdur. Həqiqətən də vəziyyəti çox ağırdır”, - Kalinyak deyib.

Nazirin sözlərinə görə, baş nazirin əməliyyatı davam edir. Əməliyyat artıq 3,5 saatdan çox davam edib.

***18:42

Bu gün silahlı insident zamanı yaralanan və xəstəxanaya çatdırılan Slovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə məlumatı “Plus SK” yayıb.

Bildirilir ki, hazırda Fitsonun vəziyyəti ağırdır. O, qarın və döş qəfəsindən olmaqla bir neçə nahiyədən yaralanıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin