Premyer Liqaya gələcək komanda bu gün müəyyənləşəcək

10:49 - 16 May 2024

Premyer Liqaya gələcək komanda bu gün müəyyənləşəcək

Bu gün Azərbaycan 1-ci liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

 

Manset.az xəbər verir ki, bununla da turnirdə mövsümün qalibi müəyyənləşəcək.

Lider "Qaradağ Lökbatan" 2-ci yerdəki "Şamaxı"nı qəbul edəcək. Hazırda "Qaradağ Lökbatan"ın aktivində 53, "Şamaxı"nın aktivində isə 51 xal var. Ona görə də sözügedən görüş mövsümün qalibinə aydınlıq gətirəcək. Əgər "Qaradağ Lökbatan" qalib gəlsə və ya heç-heçə etsə, çempionluğu rəsmiləşdirəcək."Şamaxı"ya isə çempionluq üçün yalnız qələbə lazımdır.

Günün digər matçında "Araz Saatlı" "İmişli" ilə üz-üzə gələcək.

16 may (cümə axşamı)

17:00. “Qaradağ Lökbatan” – “Şamaxı”

Lökbatan OİK stadionu

17:00. “Araz Saatlı” – “İmişli”
Saatlı OİK stadionu


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin