Yardım adı ilə təqaüdçüləri aldadan şəxs tutuldu

15:14 - 16 May 2024

Yardım adı ilə təqaüdçüləri aldadan şəxs tutuldu

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a məlumat verilib.

Bildirilib ki, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılan 100 manatlıq təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq onların maddi vəsaitini ələ keçirib.

Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin