“Topçubaşov” xəstəxanasının baş həkimi işdən çıxarıldı - YENİ TƏYİNAT

15:28 - 16 May 2024

“Topçubaşov” xəstəxanasının baş həkimi işdən çıxarıldı - YENİ TƏYİNAT

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə baş həkimi Elgün Səmədov vəzifəsindən azad edilib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb. 

Nazirin digər əmri ilə, həmin vəzifəyə Nazim Hacıyev təyin edilib. 

Bildirək ki, Elgün Səmədov bu vəzifəyə ötən ilin noyabr ayında təyin edilmişdi.

Qeyd edək ki, N.Hacıyev Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində diabetli şöbənin baş həkimi vəzifəsində çalışıb.

FOTO - Elgün Səmədov 

topcubasov-adina-xestexanaya-bas-hekim-teyin-olundu


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin