BMT-nin Baş katibi Quterreş: "Rifaha qarşı istənilən hücum qəbuledilməzdir"

18:16 - 16 May 2024

BMT-nin Baş katibi Quterreş:

"Rifaha qarşı istənilən hücum qəbuledilməzdir."

 

Manset.azrici KİV-ə istinadən xəbər verir ki, BMT-nin baş katibi Quterreş Bəhreynin paytaxtı Manamada keçirilən Ərəb Liqasının 33-cü Sammitinin açılış sessiyasında çıxış edib.

Qterreş çıxışı zamanı İsrailin Qəzzaya hücumlarının bölgədə yayılma riskinə diqqət çəkərək, "Qəzzadakı müharibə bütün bölgədə infeksiyaya səbəb ola biləcək açıq bir yaradır" deyib.

İsrailin mayın 7-də Rəfahda başlatdığı quru hücumları ilə bağlı Quterreş, "Rəfəha qarşı hər hansı bir hücum qəbuledilməzdir və bölgədə yeni ağrı və fəlakət dalğasına səbəb olacaq" bildirib.

Həmçinin Quterreş bəyan edib ki, humanitar səbəblərdən Qəzzada ən qısa zamanda atəşkəs yaradılmalı, bütün əsirlər dərhal və qeyd-şərtsiz azad edilməli, humanitar yardım Qəzza zolağının bütün hissələrinə maneəsiz çatdırılmalıdır.

BMT-nin baş katibi qeyd edib ki, Qəzzadakı münaqişə onun vəzifəyə gəldiyi gündən bəri şahidi olduğu mülki şəxslər, yardım işçiləri, jurnalistlər və BMT əməkdaşları üçün “ən ölümcül münaqişə” olub.

HƏMAS-ın 7 oktyabr hücumlarının qanuniləşdirilə bilməyəcəyini müdafiə edən Quterreş, Fələstin xalqının məruz qaldığı kollektiv cəzanın heç bir əsasının olmadığını vurğulayıb.

Quterreş əlavə edib ki, İsrailin hücumları nəticəsində Qəzza zolağında dinc əhali arasında itkilər artmaqda davam edir.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin