Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi - FOTO

18:25 - 16 May 2024

Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi - FOTO

Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

Manset.az  xəbər verir ki, XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pisləməsini və dəstəyini yüksək qiymətləndirib.

Slovakiya XİN-in “X” hesabında Azərbaycan Prezidentinə dərhal verdiyi reaksiyaya və dəstək sözlərinizə görə təşəkkür ifadə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı “X” səhifəsindəki paylaşım edib.

“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”, - dövlət başçısı paylaşımında bildirib.

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin