AFFA şikayəti təmin etmədi

18:48 - 16 May 2024

AFFA şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Turan Tovuz” klubunun şikayətini təmin etməyib.

 

Manset.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIII turunun “Zirə” ilə matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya olunan “Turan Tovuz” futbolçusu Roderik Miller ilə bağlı qərar dəyişdirilməyib.

Bundan başqa, kluba tətbiq olunan 3000 manat cərimə qərarı da qüvvədə saxlanılıb.

Maraqlı tərəf Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin