Slovakiya Prezidenti Fitsonun səhhətindən danışdı

19:00 - 16 May 2024

Slovakiya Prezidenti Fitsonun səhhətindən danışdı

Slovakiya Prezidenti Peter Pelleqrini ölkənin ötən gün güllələnən Baş naziri Robert Fitsonun səhhətindən danışıb.

 

Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Robert Fitso bir neçə cümlə danışdıqdan sonra özünü çox yorğun hiss edir”, - o bildirib.

Qeyd edək ki, Pelleqrini Fitsonu sui-qəsddən sonra xəstəxanada ziyarət edib. Onun sözlərinə görə, silahlı hücuma məruz qalan siyasətçi ölüm ayağında olub. Prezident bildirib ki, həkimlər ona xəstə ilə cəmi bir neçə dəqiqə danışmağa icazə veriblər.

Xatırladaq ki, mayın 15-də R.Fitsoya qarşı sui-qəsd törədilib. Baş nazirin Leviçe şəhərindən olan 71 yaşlı yazıçı Yuray Çintula tərəfindən güllələndiyi məlum olub. O, hadisəni niyə törətməsi haqda açıqlama verib və hökumətin siyasəti ilə razı olmadığından bu addımı atdığını qeyd edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin