"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: geriyə dönüş olmayacaq

08:02 - 17 May 2024

"WhatsApp" istifadəçilərinə qrup söhbətlərini gizlətməyə imkan verən yeni funksiya istifadəyə verilib.

 

Manset.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb .

"İcma sahibləri qrup gizlədildikdən sonra bu görünmə parametrini dəyişdirə bilməyəcək və bununla da bütün söhbət iştirakçılarının məxfiliyini qoruyacaqlar", - məlumatda qeyd edilib.

Ekspertlər vurğulayıblar ki, icma administratorları yalnız icmalar siyahısından qrupu tapıb silə biləcəklər.

"Bu xüsusiyyət, həmçinin gizli qrup çatına qoşulmaq üçün icazəsiz sorğuların qarşısını alacaq", - portalın yaydığı xəbərdə deyilir.

Qrup söhbətlərinin gizlədilməsi funksiyası inkişaf mərhələsindədir. Mütəxəssislərin fikrincə, bu variant tətbiqin gələcək yeniləməsində əlçatan olacaq. ///Publika.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin