Paytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı

10:51 - 17 May 2024

Paytaxtda qadın döyüldü - Əri və oğlu saxlanıldı

Bakıda qadını zorla maşına mindirib aparan şəxslər məsuliyyətə cəlb edilib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 15-də axşam saatlarında Nizami rayonu ərazisində qadının zorla “VAZ-21011” markalı maşına mindirilərək aparılması müəyyən olunub.

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla qısa müddətdə həmin qadının şəxsiyyəti müəyyən edilib.

Onun əri və oğlu tərəfindən döyülərək xəsarət yetirildiyi məlum olub.

Keçirilmiş tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin