Məşhur müğənnini dostu videoya çəkib görüntüləri polisə göndərdi

14:31 - 17 May 2024

Məşhur müğənnini dostu videoya çəkib görüntüləri polisə göndərdi

Məşhur türkiyəli müğənni Kalben ötən həftə polisin həyata keçirdiyi narkotik əməliyyatı nəticəsində evinə basqın edilərək saxlanılıb, daha sonra ölkəni tərk etməmək şərti ilə sərbəst buraxılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün hadisənin təfərrüatları bəlli olub.

Beləki, saxlanılan müğənninin xaricdə kokain istifadə edərkən rəfiqəsi tərəfindən gizlicə çəkildiyi videonun İstanbul Polis İdarəsinə göndərildiyi məlum olub.

Xaricdə kokain istifadə etməsi ilə bağlı gizli lentə alınan videonun İstanbul polisinə göndərilməsindən sonra polis qruplarının apardıqları axtarış nəticəsində müğəninin evindən 3 ədəd ümumi çəkisi 15 qram olan narkotik vasitə tapılıb.

 “Satıcı deyiləm, istifadəçiyəm” deyən məşhura qarşı əməliyyat başlanılıb.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin