Beynəlxalq Məhkəmədə İsraildən Qəzza çıxışı: "Qəzza savaşı faciəli olsa da, soyqırım deyil"

14:57 - 17 May 2024

Beynəlxalq Məhkəmədə İsraildən Qəzza çıxışı:

Hollandiyanın Haaqa şəhərindəki Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım iddiası üzrə başlayan dinləmələrin bu gün ikinci günüdür.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün çıxış edən İsrail nümayəndə heyəti məhkəmədə Cənubi Afrikanın iddialarının “faktlardan və şəraitdən tamamilə qopuq olduğunu" bildirib.

Nümayəndə heyəti bu işin “soyqırım kimi iyrənc ittihamı ələ saldığını” vurğulayaraq, İsrailin Qəzza müharibəsini istəmədiyini, hücuma məruz qaldığını, özünü və vətəndaşlarını müdafiə etmək üçün mübarizə apardığını müdafiə edib.

Həmçinin, Rəfahın "davam edən terror fəaliyyətlərinin mərkəz nöqtəsi və HƏMAS-ın qalası" olduğunu bildirib.

Hakimlərdən Cənubi Afrikanın Fələstin torpaqlarından çəkilmə tələbini rədd etmələrini istəyən İsrail, "Qəzza savaşı faciəli olsa da, soyqırım deyil" deyib.

Dinləmə İsrail əleyhinə etirazlar səbəbindən bir müddət yarımçıq qalıb.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin