6 dəqiqə ayaqda alqışlandı - Qırmızı xalıda üzərində sərvət daşıdı

16:42 - 17 May 2024

6 dəqiqə ayaqda alqışlandı - Qırmızı xalıda üzərində sərvət daşıdı

Ötən gecə Fransada Kann Film Festivalında baş rollarda Kris Hemsvort və Anya Taylor-Coyun oynadığı “Furiosa: A Mad Max Saga” filminin premyerası keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yüksək qiymətləndirilən film tamaşaçılar tərəfindən 6 dəqiqə ayaqda alqışlanıb.

Qeyd edək ki, Kris Hemsvortun baş rolunda oynadığı filmin premyerasına  aktyorun həyat yoldaşı ispan aktrisa Elza Pataki qırmızı xalçada taxdığı Bvlqarinin imzası olan üzük, boyunbağı və sırğalarla diqqət çəkib.

Zinət əşyalarının ümumi dəyərinin 127 min dollar olduğu öyrənilib.

Əfsanə Rəcəb

Manşet.az



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin