Pakistanda qızlar məktəbinə bomba atıldı

17:46 - 17 May 2024

Pakistanda qızlar məktəbinə bomba atıldı

Pakistanın Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan bölgəsində qızlar məktəbinə bombalı hücumun həyata keçirildiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis  açıqlamasında gecə yarısı naməlum şəxslərin qızlar məktəbində törətdiyi bombalı hücumda xəsarət alan olmadığını bildirib.

Bu ay ikinci dəfə bir məktəbə bomba atıldığını bildirən Xan, son hücumun məsuliyyətini heç kimin üzərinə götürmədiyini qeyd edib.

Bu arada hücumun qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin