Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
18:00 - 17 May 2024
Çində sualtı mağarada çəhrayı rəngli, gözsüz bir canlı aşkar edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Çin alimləri Şujianq çayının yeraltı axınlarında yaşayan, gözləri dərisinin altında qara nöqtələr kimi görünən yeni kor mağara balığı növünü tapıblar.
Alimlər sözügedən canlının "təkamül tədqiqatları üçün müstəsna cavablar" verə biləcəyini qeyd edib və mağara balığına Guiyang Bığlı Qızıl Zolaq (texniki olaraq Sinocyclocheilus Guiyang kimi tanınır) adını verib.
Sözügedən canlı təxminən 12 sm uzunluğa qədər böyüyür.
Alimlər bildirir ki, bu balığın uzun bığlar Sinocyclocheilus növlərində geniş yayılıb, çünki onlar su axınını daha yaxşı aşkarlayır və daimi qaranlıq və qida çatışmazlığı olan yeraltı su sistemlərində yem tapmağa kömək edir.
Jalə
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin