"Qalatasaray"dan ilin transferi - Sabiq "Fənərbağça"lı gələ bilər

18:06 - 17 May 2024

Yeni mövsüm üçün heyətini indidən gücləndirməyə çalışan "Qalatasaray" keçmiş "Fənərbağça"lı futbolçuya elçi düşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul klubu Attila Szalaini heyətinə qatmaq istəyir. İddialara görə, bu futbolçunun alınmasını Okan Buruk istəyib.

Hazırda macar futbolçu Almaniyanın "Hoffenhaym" klubunda çıxış edir və Türkiyəyə qayıtmaq istəyir. 

Türkiyə mediası bunu "ilin transferi" adlandırıb.

Qeyd edək ki, Atilla 2021-2023-cü illərdə "Fənərbağça"da çıxış edib. Bu müddətdə 117 oyun keçirib və 7 qol vurub. 

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin