ABŞ-da milyarderlərin WhatsApp qrupu ortaya çıxdı: "İsraildəki mövcud vəziyyət"

17:59 - 17 May 2024

ABŞ-da milyarderlərin WhatsApp qrupu ortaya çıxdı:

ABŞ-ın ən məşhur iş adamlarının Kolumbiya Universitetində Fələstinə dəstək məqsədilə davam edən etiraz aksiyalarına müdaxilə etməsi üçün Nyu York meri Erik Adamsa təzyiq göstərdiyi üzə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dünyaca məşhur milyarderlərin WhatsApp-da “İsraildə mövcud vəziyyət” adlı qrupu olduğu bildirilinb.

Bu qrupdakı milyarderlər Həmas əleyhinə kampaniyanı maliyyələşdirməklə ABŞ ictimai rəyini İsrail tərəfinə cəlb etmək və müharibədə qalib gəlməkdə İsraili dəstəkləmək məqsədi daşıyır.

Kind qida şirkətinin qurucusu Daniel Lubetzky, Third Point vençur fondunun təsisçisi Daniel Loeb, Warner Music Group-un sahibi Len Blavatnik və daşınmaz əmlak investoru Cozef Sitt kimi məşhur adlar Nyu York meri Erik Adamsa polis göndərməyə çağırıblar.

Qeyd olunub ki, iclas aprelin 18-dən təxminən bir həftə sonra, Nyu-York Polis Departamentinin qrupları Kolumbiya Universitetindəki etirazı dağıtmaq üçün şəhərciyə daxil olduqdan sonra keçirilib.

Polis universitetin tələbi ilə etirazçılara müdaxilə edib və azı 100 nəfəri saxlayıb.

Əfsanə

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin