Gürcüstan vətəndaşının Qaxda kirayə qaldığı evdə meyiti tapıldı

19:03 - 17 May 2024

Gürcüstan vətəndaşının Qaxda kirayə qaldığı evdə meyiti tapıldı

Qaxda evdən kişi meyiti tapılıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki,  hadisə bu gün Qax şəhər ərazisində baş verib.

Belə ki, Gürcüstan vətəndaşı 1952-ci il təvəllüdlü Celiqadze Zurabın meyiti kirayə qaldığı evdə aşkar edilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Müayinə zamanı Z.Celiqadzenin ürək tutmasından öldüyü məlum olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin