Lukaşenko Füzulidən ölkəsinə qayıtdı - FOTOLAR

19:47 - 17 May 2024

Lukaşenko Füzulidən ölkəsinə qayıtdı - FOTOLAR

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb.

 

Manset.az  xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola saldılar.



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin